“Hələ heç nə bitməyib” – “Ayaks”ın baş məşqçisi
“Ayaks”ın baş məşqçisi Erik ten Haq Çempionlar Liqasında “Yuventus”la heç-heçə etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, baş məşqçi 1:1 hesabıyla bitən matçı belə şərh edib:
“Yuventus”a qarşı burda daha yaxşı nəticə gözləyirdik. Ancaq əlimizdə olan budur. Əvvəlki mərhələdə burda “Real”a məğlub olmuşduq, ancaq səfərdə qələbə qazanaraq, mərhələ adladıq. Yəni, hələ heç nə bitməyib.
“Yuventus”un oyunçuları hər səhvimizdən düzgün yararlanmağa çalışırdı. Hər xırda səhvdə də təhlükəli hücumlar etdilər. İkinci oyunda onları təzyiq altında saxlayıb, səhvlərindən istifadə etməliyik”.
ÇL-in 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Yuventus” – “Ayaks” matçı aprelin 16-da, saat 23:00-da start götürəcək.
Bizi Facebook-da izləyin