“Gəncə”dən asan qələbə
Qadın voleybolçular arasında Azərbaycan çempionatında 13-cü turun son oyunu keçirilib.
Komanda.az xəbər verir ki, bu gün UNEC öz meydanında “Gəncə” klubunu qəbul edib.
Oyunun əvvəlindən üstünlüyə yiyələnən qonaq komanda meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.
Beləliklə, “Azərreyl” 33 xalla (11 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov” 29 xalla (10 qələbə) 2-ci, “Abşeron” 27 xalla (9 qələbə) 3-cü, “Gəncə” 18 xalla (6 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 10 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.
UNEC – “Gəncə” 0:3 (10:25, 13:25, 8:25)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin