“Milan” Azərbaycan millisinin keçmiş futbolçusunun oğlu ilə danışıqlara başlayır

Gürcüstan milli komandasının və Rusiyanın “Rubin” klubunun futbolçusu Xviça Kvaratsxeliya karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçini “Milan” klubu transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Xviçanın menecerinin yaxın zamanda “qırmızı-qaralar”ın nümayəndələri ilə danışıqlar aparacağı bildirilib.

Gürcüstanlı futbolçu ilə “Milan”la yanaşı, “Roma”, “Yuventus”, Almaniyanın “Bavariya”, “Borussiya” (Dortmund) klubları da maraqlanır.

Kvaratsxeliya bu mövsüm “Rubin”lə 20 oyunda 3 qol vurub, 8 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin “transfermarkt”da dəyəri 10 milyon avrodur.

Xviça Azərbaycan milli komandasının sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğludur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button