
Kvaratsxeliya Parisdə! – Tibbi müayinədən keçəcək
“Napoli”nin vingeri Xviça Kvaratsxeliya PSJ-yə keçməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, gürcü futbolçu müqavilə imzalamaq üçün Parisə gedib. O, yaxın vaxtlarda tibbi müayinədən keçəcək.
Daha əvvəl mətbuatda Kvaratsxeliyanın Paris klubu ilə müqaviləsinin 2029-cu ilin ortalarına qədər davam edəcəyi barədə məlumat yayılmışdı. Onun transfer məbləği 70 milyon avro civarında olacaq.
23 yaşlı yarımmüdafiəçi İtaliya çempionatının cari mövsümündə “Napoli”nin heyətində 17 matçda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin