Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək
Bakı İdman Sarayı növbəti dəfə güləş üzrə Azərbaycan çempionatına ev sahibliyi edəcək.
Komanda.az xəbər verir ki, martın 28-dən 30-dək gənclər, aprelin 1-dən 4-dək isə yeniyetmələr arasında ölkə birinciliyi bu arenada keçiriləcək.
Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə ortaq təşkilatçılığıyla baş tutacaq çempionatı beynəlxalq və milli dərəcəli hakimlərimiz idarə edəcək. Yeddi gün davam edəcək yarışlarda medal qazanacaq idmançılar sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımıza cəlb ediləcək.
Görüşlər hər gün saat 10:30-da başlayacaq. U-20 (gənclər) Azərbaycan çempionatının açılış mərasimi martın 28-də, U-17 (yeniyetmələr) Azərbaycan çempionatının analoji tədbiri isə aprelin 1-də keçiriləcək. Hər iki açılış mərasimi 16:00-da başlayacaq. Arenaya giriş sərbəstdir.
Bizi Facebook-da izləyin