“Tufan” müraciət etdi, danışılmış oyunlarla bağlı seminar keçirildi
Gənclər və U-17 liqalarında iştirak edən “Tufan” klubunun müraciəti əsasında komandanın üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli dürüstlük məsələləri, “Danışılmış oyunlar haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.
Seminar iştirakçılarına İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsi haqqında seminar iştirakçılarına məlumat verilib.
Bizi Facebook-da izləyin