“Gəncə”dən yeni transfer

“Gəncə” basketbol klubu yeni transferini reallaşdırıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azər Əzimovla bir illik müqavilə imzalanıb.

195 sm boya malik 20 yaşlı basketbolçu müdafiəçi mövqeyində oynayır. Ötən mövsümü “Sərhədçi”də keçirən oyunçu Azərbaycanın U-20 yığmasına da dəvət alıb.

Azər Əzimov Gəncə təmsilçisində 7 nömrəli formanı geyinəcək.

“Sarı-göylər” daha əvvəl yerli basketbolçulardan Elşad Şirzadov, Maqsud Rüstəmov, Nicat Hüseynov, əcnəbilərdən isə Lavon Holland, Kaan Yıldırımkanlı, Cordan Forbs və Marqus Gilson ilə müqavilə bağlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button