“Gəncə”dən asan qələbə

Qadin voleybolçular arasında Azərbaycan çempionatında 8-ci turun son oyunu keçirilib.

Komanda.az xəbər verir ki, Tovuz OİK-də baş tutan qarşılaşmada “Gəncə” UNEC komandasını qəbul edib.

Gəncə təmsilçisi görüşə yaxşı başlayıb və 3:0 hesabı ilə qələbə qazanıb.

Beləliklə, 8 turdan sonra “Azərreyl” 19 xalla (6 qələbə) turnir cədvəlinə liderlik edir. “Abşeron” 18 xalla (6 qələbə) ikinci, “Murov Az Terminal” 17 xalla (6 qələbə) 3-cü, “Gəncə” 12 xalla (4 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 6 xalla (2 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

“Gəncə” – UNEC 3:0 (25:11, 25:15, 25:16)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button