Fransa klubları “Fənərbaxça”nın futbolçusu ilə maraqlanır

“Fənərbaxça”nın futbolçusu Luiz Qustavo karyerasını Fransada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə “Lion”, “Marsel” və “Monako” yaxından maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Fənərbaxça” ilə müqaviləsi 2023-cü ilin yayına qədər olan Qustavonun klubdan ayrılması gözlənilir. Braziliyalı futbolçu yaxın zamanda gələcəyi ilə bağlı qərarını verəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button