“Fənərbaxça”nı Braziliya klubuna dəyişdi

“Fənərbaxça” müdafiəçisi Maurisio Lemosla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.
Uruqvay yığmasının üzvü Braziliyanın “Atletiko Mineyro” klubuna keçib. 27 yaşlı mərkəz müdafiəçisi yeni klubu ilə bu ilin sonuna kimi anlaşıb.

Lemos 2020-ci ildən formasını geyindiyi “Fənərbaxça”da cəmi 15 oyun keçirib. İstanbul təmsilçisi onu 2021/22 mövsümündə Belçikanın “Birşot” klubuna icarəyə də vermişdi.

Müdafiəçi karyerası ərzində “Defensor Sportinq”, “Rubin” (Kazan), “Sassuolo” və “Las Palmas” klublarının da formasını geyinib, Uruqvay millisində 2 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button