“Fənərbaxça” istəmədi, özünə yeni klub tapdı
“Fənərbaxça”da heyətdən kənarlaşdırılan Canər Ərkin özünə yeni komanda tapıb.
Komanda.az xəbər verir ki, 32 yaşlı müdafiəçi “Fatih Karagümrük” klubuna keçəcək. Bu barədə “Fanatik” nəşri məlumat yayıb. Xəbərdə, Super Liqa təmsilçisinin Canərlə razılaşdığı və yaxın zamanda onunla rəsmi müqavilə imzalayacağı bildirilib.
Canər 2020-ci ilin avqustundan “Fənərbaxça”da çıxış edir. Müdafiəçi Türkiyə yığmasında 39 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin