“Fənərbaxça”da ayrılıq: Liderlə razılaşdı

“Fənərbaxça”nın futbolçusu Roman Noyştadter yayda klubu tərk edəcək.

Komanda.az xəbər verir ki, rusiyalı müdafiəçi Super Liqanın lideri “Başakşəhər”lə razılığa gəlib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbərdə, “bülbüllər”in heyətində az şans qazanan Noyştadterin mövsümün sonunda “Başakşəhər”ə qoşulacağı bildirilib.

2016-cı ildən “Fənərbaxça”da forma geyinən 31 yaşlı müdafiəçinin hazırkı müqaviləsi yayda bitir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button