Avropa çempionatı: Azərbaycan millisi qrupda qaldı

Futzal üzrə Azərbaycan milli komandası bu gün Avropa çempionatının qrup mərhələsində son oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv Bosniya və Herseqovina yığması ilə qarşılaşıb. Qarşılaşma Niderlandın paytaxtı Amsterdamda, “Ziggo Dome” arenada baş tutub.

Azərbaycan yığması 1/8 finala yüksəlmək üçün rəqibini böyük hesabla məğlub etməliydi. Eyni zamanda, qrupun digər matçında Gürcüstan İspaniyaya qalib gəlməliydi. Əks halda, pley-offa ispanlarla gürcülər vəsiqə qazanacaqdılar. Belə də olub. Yığmamızın çətin qələbəyə sevindiyi gündə İspaniya yığması qonşularımızı böyük hesabla məğlub edib – 8:0. Nəticədə komandamız qrup mərhələsini 3-cü pillədə başa vurub və qitə çempionatı ilə vidalaşıb.

Azərbaycan yığması daha öncə Gürcüstana uduzub (2:3), İspaniya ilə isə heç-heçə etmişdi (2:2).

Avropa çempionatı

29 yanvar

Azərbaycan – Bosniya və Herseqovina 4:2
Qol: Bolinya, 6:22. Eduardo, 10:02. R.Vilela, 32:35. Qallo, 39:52 – A.Radmiloviç, 11:50-pen. N.Kahvedziç, 31:20.
Hakimlər:
Daniel Matkoviç (İsveçrə), David Qrondal Nissen (Danimarka), Yan Kresta (Çexiya)

Azərbaycan: 12. Rövşən Hüseynli, 6. Eduardo Borges, 2. Felipinyo, 9. Rafael Vilela, 10. Vassura, 3. Bolinya, 8. Rizvan Fərzəliyev (k), 7. Ramiz Çovdarov, 13. Qallo, 17. İsa Atayev, 14. Hadi Ahmadi.
Baş məşqçi: Joze Alesio Da Silva.
Bosniya və Herseqovina: 12. Stanislav Qaliç, 5. Blaqo Qaspar, 7. Bilal Yeliç, 8. Mariyo Aladziç, 9. Nermin Kahvedziç, 1. Darko Milanoviç, 2. Almadein Bundavika, 3. Yosip Sezar, 4. Davor Arnautoviç, 6. Srdjan İvankoviç, 10. Anel Radmiloviç (k), 14. Kristiyan Pantiç, 11. Yosip Boskoviç, 16. Samir Qasto.
Baş məşqçi: İvo Krezo.

Xal durumu: İspaniya – 7, Gürcüstan – 6, Azərbaycan – 4, Bosniya və Herseqovina – 0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button