Çempionlar Liqası: “Araz”ın oyunlarının təqvimi bilindi
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz”ın yer aldığı 6-cı qrupun oyunlarının təqvimi açıqlanıb.
Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb. Qrupun oyunları oktyabrın 28-də, 29-da və 31-də keçiriləcək.
“Araz” ilk matçda “Uraqan İvano–Frankivsk” (Ukrayna) klubu ilə üz-üzə gələcək. Ertəsi gün “Yunayted Qalati” (Rumıniya) komandası ilə qarşılaşacaq Azərbaycan çempionu sonda “Liqeni” (Kosovo) ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu qrupun oyunları Ukraynada keçiriləcək. Yalnız qrup qalibi elit-raunda vəsiqə qazanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin