Avropa çempionatı: Azərbaycan millisinin oyunlarının təqvimi bilindi
Futzal üzrə Avropa çempionatının əsas mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb.
Komanda.az xəbər verir ki, 7-ci qrupda yer alan komanda bütün görüşləri Xorvatiyanın Karlovaç şəhərindəki “Mladost Arena”da keçiriləcək.
Milli martın 16-da Belarus, ertəsi gün isə Xorvatiya yığması ilə qarşılaşacaq. Son dueldəki rəqib isə Latviya futzalçıları olacaq.
Ancaq qrup qalibləri final mərhələsinə vəsiqə qazanacaq. Sentyabrın 3-dən 10-dək İspaniyanın Əndəlüs vilayətindəki “Olivo Arena”da keçiriləcək final mərhələsində qalib adı uğrunda yenə 8 komanda iki qrupda mübarizə aparacaq.
Bu yaş qrupu üzrə ilk qitə birinciliyi 2019-cu ildə Latviyanın Riqa şəhərində təşkil olunub. Qalib isə İspaniya futzalçıları olub. Təqvim üzrə ikinci yarış ötən il keçirilməli idi. Amma COVİD-19 pandemiyası ilə əlaqədar turnir 2022-ci ilə ertələnib.
Belarus – Azərbaycan
16 mart. Karlovac şəhəri, Mladost Arena. Saat 19:00
Xorvatiya – Azərbaycan
17 mart. Karlovac şəhəri, Mladost Arena. Saat 22:00
Azərbaycan – Latviya
19 mart. Karlovac şəhəri, Mladost Arena. Saat 19:00
Bizi Facebook-da izləyin