Yamalı kəndirbaza oxşadan mütəxəssis üzr istəyib
Argentinalı mütəxəssis German Burqos “Barselona”nın vingeri Lamin Yamal haqqında etdiyi zarafata görə üzr istəyib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, argentinalı mütəxəssis bunun heç kimi incitməyə çalışmayan bir şərh olduğunu bildirib:
“Bu, heç kimi incitməyə çalışmayan bir şərh idi. Kimi incidibsə, ictimaiyyətdən üzr istəyirəm. İndiki vaxtda hər şeyə uyğunlaşmaq lazımdır”.
Burqos daha əvvəl futbolçunu küçə kəndirbazı ilə müqayisə edib. Çempionlar Liqasının 1/4 finalının oyunundan sonra (2:3) PSJ və “Barselona”nın futbolçuları hazırda Burqosun çalışdığı “Movistar” telekanalına müsahibə verməkdən imtina ediblər.
Yamal bu mövsüm “Barselona”da 41 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin