“Real”la oyunun ertəsi günü “sağaldıq” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə kubokunun yarımfinalında “Çelsi”yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra futbolçularını tərifləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyunun gərgin keçdiyini bildirib:

“Oyun gərgin keçdi. “Çelsi” keçid mərhələlərində heyrətamiz idi və topa yaxşı nəzarət edirdi. Bəzən yorğunluqdan topu asanlıqla itirirdik. Oyunçular inanılmaz səy göstərdilər.

“Real”a qarşı 120 dəqiqəni, oyunçuların emosiyalarını və fiziki mübarizə aparmaq istəklərini nəzərə alsaq, onların bugünkü performansı gördüyüm ən yaxşılarından biridir. “Real”la oyunun ertəsi günü “sağaldıq”. Belə şəraitdə nəyəsə hazırlaşmaq çətin idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button