“Futbolçularıma iradım yoxdur” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda “Omoniya”ya (Kipr) qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Qurbanov, 2:2 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- Futbolçularımı təbrik edirəm. Qələbə qazanmaq istəyirdik. Bu il futbolçularım böyüdülər. Bu cür istəklə, həvəslə növbəti oyuna hazırlaşacağıq. Futbolçularıma iradım yoxdur. Maraqlı qollar vuruldu. Azarkeşlər üçün həqiqətən, razı qalası oyun oldu. Rəqibə uğurlar arzu edirəm.
- Buraxılan ikinci qolda Şahruddinin səhvini necə şərh edərsiz?
- Futbolda belə səhvlər olur. Şahruddinin səhvindən daha çox, oyunçunun ustalığı idi. Çox yaxşı qol vurdu. Daha diqqətli olsaydı, yaxşı olardı. Bu oyunda ona heç bir irad bildirmədim.
- Hakimliklə bağlı nə düşünürsüz?
- Bu oyun hakimə böyük təcrübə oldu. Avrokubokda ilk matçı idi. Biz tərəfdən yaxşı deyildi, rəqibin isə xeyrinə idi. Baxırsan ki, vurulan qolda ofsayd yox idi, təmiz penalti də verilmədi. Texniki səhvlərdən qollar buraxdıq. Hakimə uğurlar arzu edirəm, ümid edirəm ki, gələcək oyunlarda daha diqqətli və ədalətli olar.
- İbrahima Vadjinin oyununu necə qiymətləndirirsiz?
- Bütün futbolçulardan və oyundan razı qaldım. Vadji qeydə alınmayan qolda qapıçıya müdaxilə etməmişdi. Bundan başqa, heç ofsayd da yox idi. Hakimlər bir-birinə baxırdılar. Bu, mənə “İnter”lə matçı xatırlatdı.
- Cəmi bir əvəzetmədən istifadə etdiz. Bu, nəylə bağlı idi?
- Qara Qarayevə taktiki tapşırıq vermişdim. Oyun axarında gedirdi və dəyişməli nəsə yox idi. Son dəqiqələrdə qol da vurduq. Belə oyunlarda əvəzetmələr riski alınır. Hər şey qaydasında idi.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin