“Futbolçularım böyük xarakter göstərdilər” – Ayxan Abbasov
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Qələbə qazanmaq xoşdur. İstəyirdik ki, çempionatın sonunadək şansımız qalsın, mübarizəni davam etdirək. Bu gün futbolçularım həqiqətən böyük xarakter göstərdilər. Çünki çox yorğun qrafikdə oynayırlar. Hansı komanda xarakter göstərdisə, o da qalib gəldi. Taktiki cəhətdən diqqətli oynadıq. Futbolçularımı təbrik edirəm. Bir qol oyunun taleyini həll etdi. Matçın əvvəlində hər iki komandada epizodlar oldu. Görüşün bəzi vaxtlarında sürət qalxırdı, bəzi vaxtlarında isə düşürdü. Bu da normal idi. Həm “Keşlə”, həm də biz kubok oyunu keçirmişik. Həftələr keçsə də, bədəndə yorğunluq qalıb. Bundan sonra vaxtımız var. Hardasa 6 gündən sonra qarşılaşmamız var. Futbolçular istirahət edə biləcəklər.
Bu gün bəzi oyunçular cəza və zədə səbəbindən meydana çıxa bilmədi. Ümid edirəm ki, onlar da qayıdacaq. Çempionatın sonunadək mübarizədən qopmamağa çalışacağıq. Futbolçularımız ilk turdan bu günədək uğur qazanmağa layiqdirlər. Amma qismətdə nə varsa. o da olacaq. İnanıram ki, mövsümün sonunda sevinən biz olacağıq”.
Bizi Facebook-da izləyin