“Futbolçuları buna görə qınaya bilmərəm” – Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində qarşılaşdıqları “Səbail”lə səfər oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:0 hesablı qələbəni belə şərh edib:

“Futbolçularımı təbrik edirəm. Əzmkar qələbə idi. Bilmirəm, bu qələbəni bəxtə bağlamaq olar, ya yox? Birinci hissə başlayanda oyun bizim nəzarətimizdə idi. Əfsuslar olsun ki, fərqi artıra bilmədik. İkinci hissədə rəqibin təzyiqini gözləyirdik. Futbolçularıma da əsəbiləşdim. Rəqibin təzyiqindən sonra bəzi futbolçular öz oyunlarından çıxırdılar. Belə problemləri düzəldəcəyik. Uşaqlara təşəkkür edirəm.

Vüqar Mustafayev hazır deyil. Yavaş-yavaş komanda ilə məşqlərə başlayıb. Bu oyuna kimi 4 məşqdə iştirak edib və çalışmışıq ki, onu qoruyaq. Hələ ona xeyli vaxt lazımdır”.

Şahin Diniyev vaxtı uzatdığımızı dedi? Nə deyirsə, qəbuldur. Görübsə, deyibsə, haqlıdır, üzürlü hesab etsin. Futbolçular udmaq üçün bunu edirsə, onları qınaya bilmərəm. Onlara sırf deməmişik ki, belə edin. Mehdi Cənnətova nə desən belə, bildiyini edir. Yemək yeməyə necə gedirsə, oyunu da elədir.

Komandanın formalaşması üçün uzun müddət lazımdır. Avrokuboklara düşüb, birinci mərhələdən vidalaşanda dərhal üstünə düşürlər. Lakin belə olmalı deyil. Avropada məşqçilərlə 3-4 illik müqavilə imzalanır, şans verilir. Komanda təzyiqlərə, oyunlara öyrəşməlidir. Mən də məşqçi kimi bilməliyəm ki, hansı oyunçunun dözümü necədir. Bunu da yavaş-yavaş öyrənəcəyik. Ən yaxşısını etməyə çalışacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button