“Futbolçular tapşırığımı diqqətə almadılar” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 34-cü turunun “Kəpəz”lə qarşılaşmasından sonra (1:1) açıqlama verib.
Komanda.az xəbər verir ki, o, oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Hər iki komanda sürətli oynamağa çalışırdı. Qələbə qazanmaq istəyirdik. Planlaşdırmadığımız növbəti iki xal itirdik. Məyusuq.
Qələbə üçün hücumda dəqiqlik, müdafiədə yaxşı çıxış etmək çatışmırdı. Dirəkdən dönən zərbələrimiz oldu. Əsas təhlil etdiyim məqam rəqibin standart vəziyyətlərdən sonra dönən topları qapıya göndərməsi idi. Bilirdim ki, rəqib bu məqamlarda təhlükəli olur. Futbolçularım tapşırığımı diqqətə almadı.
Vladislav Kulaçın zədələnərək meydanı tərk etməsi komanda üçün böyük itkidir. Bizim üçün usta oyunçudur. Yenə də vacib məqamda zədələndi. Nədənsə “Kəpəz”lə oyunda uğursuzluqlar özünü göstərir. Buna baxmayaraq, qələbə qazanmalı idik. Kulaç mövsümü erkən bitirə bilər. “Rəqib hücumdadırsa, hakim çağırsa belə meydançaya daxil olmağa tələsməyin”, deyə həkimlərlə danışmışdım. Bunun üçün onları dayandırdım.
“Zirə” avrokuboklara vəsiqə qazanmaya bilər. Müəyyən xal itkilərindən sonra durumumuz onsuz da çətin idi. Şansımızı sona qədər davam etdirməliydik. Rəqibi basqı altında saxlamaq olardı. Təqvimimiz də çətin idi. Bu gün olan xal itkisi vəziyyəti çətinləşdirdi”.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin