“Futbolçular qələbə üçün əllərindən gələni etdilər”
“Sumqayıt”ın məşqçisi Mübariz Orucov Premyer Liqanın 9-cu turunda doğma meydanda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“İlk hissədə hər iki komandanın ifasında sönük oyun keçdi. Oyunun gərginliyi var idi. Hər iki komandaya qələbə lazım idi, heç kim risk etmək istəmirdi. Çünki, turnir cədvəli ürəkaçan deyil. Bundan irəli gələ bilərdi. Fasilədə futbolçularla söhbət etdik. Onlar qələbə üçün əllərindən gələni etdilər. Azarkeşlərə təşəkkür edirəm. Onları sevinməyə layiqdir.
Meydança amilini bəhanə etmək düzgün deyil. Düzdür, Azərbaycanda meydançalar ideal vəziyyətdə deyil. Amma oyunun gözəl alınmaması bununla bağlı deyil. Bir az külək mane oldu.
Orxan Sadıqlıya şans vermək istəyirdik. Oyundan 2-3 gün əvvəl Mehdi Cənnətovda zədə var idi. Əsas səbəbi budur. Bu, o demək deyil ki, Mehdini sildik. Orxan bu gün ümidləri doğrultdu.
Elə futbolçular var ki, uyğunlaşma prosesini tez keçir, elələri də var ki, bir az gec alınır. Hansı çempionatdan gəlmələrindən də çox şey asılıdır. Kazimir Ninqada uyğunlaşma gec gedir deyə hələ ki, start heyətdə oynamır. Bugünkü oyuna yaxşı qoşuldu. “Qarabağ”a qarşı da pis oynamırdı. Ninqa yaxşı futbolçudur. Hələ ki, o keyfiyyətlərini burada tam göstərə bilmir”.
Bizi Facebook-da izləyin