Koronavirus Azərbaycan klublarını evə “həbs etdi”
Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən bütün klublar qış təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanmayacaq.
Komanda.az xəbər verir ki, buna səbəb koronavirus pandemiyasının yaratdığı çətinliklərdir. Premyer Liqa klubları digər ölkələrdə olan karantin qaydaları və virusa yoluxma təhlükəsi səbəbindən təlim-məşq toplanışını Azərbaycanda keçirəcəklər.
Premyer Liqa təmsilçiləri bundan əvvəlki yay hazırlığını da ölkə daxilində təşkil etmişdilər. Klublar toplanış üçün Qəbələyə yığışmışdılar. Komandaların qış təlim-məşq toplanışının budəfəki ünvanı hələ ki, qeyri-müəyyəndir.
Azərbaycan Premyer Liqasında ilk dövrənin sonuncu turuna dekabrın 24-də yekun vurulucaq. Hazırda 12 turdan sonra “Neftçi” 21 xalla liderdir. Son çempion “Qarabağ” isə 20 xalla 2-cidir və ehtiyatda bir oyunu var.
Bizi Facebook-da izləyin