“Liverpul”un futbolçusu niyə milliyə çağırılmayıb? – Sautqeytdən açıqlama
Futbol üzrə İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnoldu milliyə dəvət etməməsinin səbəbini açıqlayıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ingilis mütəxəssis, 22 yaşlı futbolçunun yaxşı səviyyədə olmadığı üçün yığmadan kənarda qaldığını deyib:
“Düşünürəm ki, son zamanlarda əvvəlki səviyyəsində deyil. Böyük istedadı və yaxşı gələcəyi var, buna inanıram. O, gələcəkdə İngiltərə yığmasında mühüm rol oynayacaq”.
İngiltərə millisi DÇ-2022-nin seçmə mərhələsində martın 25-də San Marino (ev), 28-də Albaniya (səfər), 31-də isə Polşa (ev) ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin