Premyer Liqada koronavirus testinin nəticələri açıqlandı
Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivindən növbəti dəfə koronavirus testi götürülüb.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Məlumatda, 20 klubda bütovlükdə 1195 nəfərin testdən keçdiyi bildirilib. Bütün testlərin nəticəsi neqativ olub.
Koronavirusa görə martdan dayandırılan İngiltərə Premyer Liqası iyunun 17-də başlayacaq. Oyunlar azarkeşsiz keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin