“Futbol üçün darıxıram” – Neymar

Fransanın PSJ klubunun hücumçusu Neymar açıqlama verib.

Komanda.az xəbər verir ki, braziliyalı futbolçu, futbol üçün darıxdığını deyib:

“Yenidən nə zaman oynayacağımızı bilməmək məni narahat edir. Oynamaq, mübarizə aparmaq istəyirəm. Klubdakı atmosfer, komanda yoldaşlarım üçün darıxıram. Futbol üçün darıxıram. Azarkeşlərin ən qısa zamanda meydana qayıtmağımızı istədiyindən əminəm. Hər şeyin tezliklə həll olunacağına ümid edirəm”.

Futbol liqaları koronavirus pandemiyası səbəbiylə dayandırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button