“Futbol bizim üçün ikinci plandadır” – Ayxan Abbasov

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:1 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Döyüş bölgəsində olan əsgərlərimizə uğurlar arzu edirik. Həqiqətən, bu gün futbol bizim üçün ikinci plandadır. Son günlərdə baş verən Gəncə hadisəsi də bizi çox üzdü. “Zirə” haqda bilirdik, son iki oyunda qələbə qazanmışdılar. Əzmkar komandadırlar və 10 xalı təsadüfən yığmayıblar. Süleyman Əhmədovun zədələnməyi bizə təsir etmişdi. Maksimum çalışdıq ki, yaxşı oynayaq, qələbə qazanaq. Yolumuza davam edəcəyik.
  • Belə bir deyim var – “Zirvəyə qalxmaq asandır, ancaq orada qalmaq çətindir”. Futbolçuların arxayınlaşmasından qorxmursuz?
  • Bu, hər bir kəsdə ola bilər. Hər həftə bu haqda danışırıq. Qarşımıza məqsəd qoymuşuq ki, turnir cədvəlinə baxmayaq. Turnir cədvəlinə aldanıb, fikrimiz başqa yerlərə gedə bilər. Hələ heç nə etməmişik, qarşıda bizi çətin oyunlar gözləyir. Bizə inam az idi, ancaq məqsədimiz mübariz komanda yaratmaq idi. Bu gün də futbolçuların mübarizəsi bizi sevindirir. Onlar da bunu dərk edir və düşünürəm ki, bu, bizə problem olmayacaq.
  • Qələbədən başqa, nələrdən razı qaldız?
  • Mübarizədən razı qaldım. Biz bir çox oyunlarda son dəqiqələrdə qol buraxırdıq. Ən əsas sevindirən o idi ki, futbolçular sona qədər mübarizə apardı. Rəqibin təzyiqindən sonra çalışdıq nələrisə dəyişək.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button