PSJ-dən Neymara yeni müqavilə

Fransanın PSJ klubu futbolçusu Neymara yeni müqavilə təklif edəcək.

Komanda.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikolo Şira “tvitter” hesabında məlumat yayıb. Şira, PSJ-nin Neymarı itirmək istəmədiyi və ona müddəti 2025-ci ilə qədər olan yeni sözləşmə təklif edəcəyini bildirib.

Şiranın məlumatına görə, Neymar yeni müqavilə ilə illik 38 milyon avro məvacib alacaq.

2017-ci ildən PSJ-də çıxış edən Neymarın “Barselona”ya qayıdacağı da iddia olunur. Braziliyalı hücumçunun Paris klubuyla hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button