PSJ milli üzvü ilə “nikah təzələdi”

Fransanın PSJ klubu futbolçusu Markinyosla yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi 25 yaşlı müdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə “Lequipe” nəşri məlumat yayıb.

2013-cü ildən PSJ-də çıxış edən Markinyosun əvvəlki müqaviləsi 2022-ci ilin yayına qədər idi. Müdafiəçi 43 dəfə də Braziliya milli komandasında çıxış edib.

Markinyos bu mövsüm PSJ ilə 10 oyuna çıxıb və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button