PSJ-də Messi krizi
Fransanın PSJ klubu futbolçusu Lionel Messinin zədəli olmasına baxmayaraq, Argentina yığmasında oynamasından narazıdır.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Paris təmsilçisinin idman direktoru Leonardo, Messinin tam hazır olmadığı halda, milliyə çağırılmasından məmnun olmadıqlarını söyləyib:
“Milli komandada oynaya biləcək səviyyədə olmayan bir futbolçunun yığma ilə matçlara çıxmasını qəbul etmirik. Bu vəziyyətdən məmnun deyilik və məntiqli də deyil. Bununla bağlı FİFA da addım atmalıdır”.
Messi PSJ ilə son 2 oyuna çıxmayıb. Buna səbəb futbolçunun zədəli olması göstərilib. Lakin Messi Argentina yığmasına dəvət alıb və komandanın məşqlərində iştirak edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin