“Monako”da alman hücumçu – rəsmi
Fransanın “Monako” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Bayer”dən Kevin Follandı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı hücumçuyla 4 illik müqavilə imzalanıb.
2016-cı ildən “Bayer”in şərəfini qoruyan Folland, Almaniya millisinin də üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin