Yoxlama oyunu təxirə salındı – koronavirusa görə
Fransanın “Marsel” və “Monpelye” komandaları arasında bu gün keçirilməli olan yoxlama oyunu ləğv olunub.
Komanda.az xəbər verir ki, bu barədə “Marsel” klubunun mətbuat xidməti məlumat yayıb. Matçın ləğvinin səbəbi isə açıqlanmayıb.
Fransa mətbuatının xəbərinə görə, “Marsel”in bir üzvündə koronavirus şübhəsi var və bütün komanda üzvləri test verəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin