“Neymar kimi ulduz deyiləm” deyib, koronavirusla mübarizəyə dəstək oldu

Fransanın “Marsel” klubunun futbolçusu Hiroki Sakay koronavirusla mübarizəyə dəstək olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı yaponiyalı müdafiəçi Marsel şəhərindəki xəstəxanaların birinə 20 min avro bağışlayıb. Sakay, koronavirusla mübarizəyə yardımıyla bağlı bunları deyib:

“Bu vəziyyətdə nə edə biləcəyimi düşünürdüm. Mən təvazökar insanam, ianəm koronavirusla mübarizə aparan insanlara kömək olacaq. Mən Neymar kimi ulduz deyiləm, məbləğin kifayət edib-etməyəcəyini bilmirəm, amma həqiqətən kömək etmək istəyirəm”.

Neymar koronavirusla mübarizəyə bir milyon avroya yaxın yardım edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button