“Lion” Liqa 1-in bərpa olunmasını istəyir

Fransanın “Lion” klubu Liqa 1-də mövsümün erkən yekunlaşdırılması qərarının yenidən nəzərdən keçirilməsini istəyir.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Lion” Liqa 1-in erkən yekunlaşdırılmasının tələsik verilmiş bir qərar olduğu qənaətindədir.

Klubdan edilən açıqlamada, hazırda Fransada vəziyyətin əvvəlki aylara nisbətən daha yaxşı olduğu bildirilib. İspaniyada iyunun 8-də La Liqanın bərpa olunacağı nümunəsini də gətirən “Lion”lular, avrokuboklarda mübarizə aparan Fransa klublarının digər ölkə təmsilçiləri qarşısında daha əlverişssiz olacağını qeyd edib.

Liqa 1-də mövsüm koronavirus pandemiyasına görə erkən yekunlaşdırılıb və qalib PSJ elan olunub. “Lion” isə 7-ci yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button