“Lion” türk futbolçunu icarəyə verdi

Fransanın “Lion” klubu futbolçusu Cenk Özkaçarı icarəyə verib.

Komanda.az xəbər verir ki, türkiyəli müdafiəçi “Aud-Heverle Löven” klubuna keçib. Bu barədə Belçika təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Cenk 2021/22 mövsümünü icarə əsasında “Aud-Heverle Löven” klubunda keçirəcək.

“Lion” 20 yaşlı futbolçunu 2020-ci ilin yayında Türkiyənin “Altay” klubundan transfer edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button