Fransanın ən titullu klubu elitanı tərk etdi

Futbol üzrə Fransa Liqa 1-də 2022/23 mövsümünün sonuncu iştirakçısı müəyyənləşib.

Komanda.az xəbər verir ki, həlledici matçda Liqa 1-də 2021/22 mövsümünü 18-ci pillədə bitirmiş “Sent-Etyenn”lə Liqa 2-dən gələn “Oser” komandaları üz-üzə gəlib.

“Oser”in meydanında baş tutan ilk qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. Bu gün “Sent-Etyenn”in meydanında keçirilən cavab görüşündə isə də oxşar hesab qeydə alınıb. Penalti seriyasında 5:4 hesabıyla üstün olan “Oser” elitaya yüksəlib. PSJ ilə birgə Fransanın ən çox (10) çempion olan komandası “Sent-Etyenn” isə Liqa 2-yə düşüb.

Daha öncə Liqa 2-nin qalibi “Tuluza” və ikinci pilləni tutan “Ayaçço” da elitaya yüksəlmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button