Deşamdan Jiruya məsləhət

Fransa milli komandasının baş məşqçisi Didye Deşam “Çelsi”nin futbolçusu Olivye Jiruya məsləhət verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Deşam, fransız hücumçuya daha çox şans tapacağı komandaya getməsini məsləhət görüb:

“2 aydır ki, Jirunun vəziyyəti dəyişmir. O, daha çox şans tapacağı klub getsə, onun üçün daha yaxşı olar”.

“Çelsi” ilə mövsümün sonuna qədər müqaviləsi olan Jiru, bu mövsüm 7 oyuna 1 qol vurub. 33 yaşlı hücumçunun adı “İnter”lə hallanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button