Hakimdən əlcəzairli futbolçuya jest – Oyunu dayandırdı

Fransa Liqa 1-in 38-ci turunda keçirilən “Nitsa” – “Monako” matçının baş hakimi oyunda bir dəqiqəlik fasilə elan edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, görüşün baş hakimi “Nitsa”nın əlcəzairli futbolçusu Yusef Attalın orucunu açması üçün oyunu dayandırıb. Dərhal meydanın kənarına gələrək, su ilə orucunu açan Attal, daha sonra geri qayıdıb və sona qədər mübarizə aparıb.

Qarşılaşma “Nitsa”nın 2:0 hesablı qələbəsiylə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button