Fransa kubokunu PSJ qazandı – 13-cü dəfə
Futbol üzrə Fransa kubokunun final qarşılaşması keçirilib.
Komanda.az xəbər verir ki, həlledici oyunda Liqa 1-in qalibi elan olunan PSJ ilə “Sent-Etyen” qarşılaşıb.
Bu görüşün taleyini bir qol həll edib. Neymarın 14-cü dəqiqədə rəqib qapısından keçirdiyi top Paris təmsilçisinə növbəti titulu qazandırıb.
PSJ tarixində 13-cü dəfə Fransa kubokunu qazanıb. Bu baxımdan rekordçu olan parisliləri 10 kuboku olan Marsel “Olimpik”i izləyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin