Fransa klubundan 32 milyonluq transfer

Fransanın “Olimpik” (Marsel) klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi Portuqaliyanın “Braqa” klubunun hücumçusu Vitinyanı heyətinə qatıb.

Fransa klubu bu transfer üçün “Braqa”ya 32 milyon avro ödəyib. 22 yaşlı forvardla müqavilə 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. “Braqa”nın yetirməsi olan Vitinya bu klubun əsas komandasında meydana çıxdığı 67 oyunda 28 qol vurub.

Marsel “Olimpik”i yarımmüdafiəçisi Pape Qeyeni də İspaniyanın “Sevilya” klubuna icarəyə verib. Fransadan olsa da, Seneqal yığmasında forma geyinən 24 yaşlı futbolçu bu mövsümün sonuna kimi La Liqa klubunda çıxış edəcək. “Havr”ın yetirməsi olan Qeye, İngiltərədə “Uotford”un da uğurları üçün çalışıb. O, 2020-ci ilin iyul ayından formasını geyindiyi Marsel “Olimpik”ində 100 oyuna 4 qol vurub.

“Sevilya” digər oyunçularından Kike Salası “Tenerife”yə, Ludviq Auqustinssonu “Malyorka”ya, Tomas Dileynini isə “Hoffenhaym”a icarəyə verib. Onların hər üçü bu mövsümün sonuna kimi icarədə olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button