Fransa klubu satılır – Prezidenti açıqladı
Fransanın “Lill” klubu satışa çıxarılıb.
Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin prezidenti Jerar Lopes açıqlama verib.
O, borclarını ödəyə bilmədiyi üçün klubu satışa çıxarmaq məcburiyyətində qaldığını bəyan edib. Jerar Lopesin sözlərinə görə, “Elliott Management” və “JP Morgan” kimi fondlardan aldığı 225 milyon avroluq krediti ödəməkdə çətinlik çəkir. Pandemiyanın yaratdığı iqtisadi çətinliklərlə əlaqədar gəlirlərinin azaldığını bildirən iş adamı yeganə çıxış yolunun klubu satmaq olduğunu bildirib.
Qeyd edək ki, “Lill”də Türkiyə millisinin üç üzvü – Yusuf Yazıcı, Burak Yılmaz və Zeki Çelik də forma geyinir. Bu mövsüm uğurlu çıxışı ilə diqqət mərkəzində olan “Lill” 15 oyuna topladığı 32 xalla Liqa 1-də liderdir.
Bizi Facebook-da izləyin