Federasiya açıqlama vermək istəmir – Zorlamada ittiham olunan Mbappe ilə bağlı

Fransa Futbol Federasiyası “Real”ın hücumçusu Kilian Mbappenin zorlamada əli olması ehtimalı ilə bağlı qalmaqallı şayiələri şərh etmək istəmir.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, Fransa Futbol Federasiyasının rəhbəri Filip Diallo şərh verməkdən çəkinir. Onun bu məsələdə öz məlumat mənbələri yoxdur. O, hadisələrin gedişatını yalnız media vasitəsilə izləyir. Diallo yaxın günlərdə Mbappenin vəziyyəti ilə bağlı ictimaiyyətə açıqlama verməyəcək.

Daha əvvəl məlum olmuşdu ki, İsveç polisi Mbappenin təqsirləndirildiyi zorlama işi ilə bağlı araşdırmaya başlayıb. Lakin Mbappenin şübhəlilər siyahısında olması ilə bağlı hələ də rəsmi təsdiq yoxdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button