Liqa 1-də mövsümün ən yaxşı futbolçusu adına 5 namizəd

Fransa Peşəkar Futbolçular İttifaqı öz saytında yerli çempionatın ən yaxşı oyunçusu mükafatına namizədlərin siyahısını dərc edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, beş futbolçu siyahıya daxil ola bilib.

Osman Dembele, Desire Due, Əşrəf Hakimi və Vitinya vaxtından əvvəl çempionluğu təmin edən PSJ-ni təmsil edir. Digər namizəd isə hazırda 5-ci pillədə qərarlaşan “Lion”un yarımmüdafiəçisi Rayan Şerkidir.

Bu nominasiya üzrə mükafatlandırma mərasimi mayın 11-də baş tutacaq.

Liqa 1-in ən yaxşı oyunçusu mükafatı 1994-cü ildən verilir və onu ən çox Kilian Mbappe (5 dəfə, onlardan 4-ü ardıcıl) ilə Zlatan İbrahimoviç (3) alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button