“Komanda yoldaşlarımı diqqətlə izlədim və təəccübləndim” – Bellingem

“Real”ın yarımmüdafiəçisi Çud Bellingem kluba qoşulandan sonra təəssüratlarından danışıb.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, ingilis futbolçu, komanda yoldaşlarını izləyərkən təəccübləndiyini bildirib:

“Paltardəyişmə otağına girəndə bir az əsəbi idim. Mən heç vaxt ulduzları tərifləməmişəm. Amma bura gəlib onların nəyə nail olduqlarını görəndə “vay, futbolun zirvəsidir” deməmək çətin olur. Formalarımız bütün dünyada məşhurdur. Onu geyinəndə özünü superqəhrəman kostyumunda hiss edirsən.

Əvvəlcə komanda yoldaşlarımı diqqətlə izlədim və təəccübləndim. Ancaq sonra başa düşürsən ki, onların hamısı çox təvazökar uşaqlardır. Bundan əlavə, komandaya uyğunlaşmağa kömək edirlər. Bundan sonra anladım ki, nə qədər uğur qazansan, bu insanlar kimi böyük insan ola bilərsən”.

İspaniya çempionatının “Barselona” ilə son oyununda Bellingem dubl edib. Bunun sayəsində “Real” 2:1 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button