Yeni baş məşqçi “çempionluq” dedi
“Milan”ın baş məşqçisi Paulo Fonseka komandasının yeni mövsüm üçün əsas hədəfindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, əsas məqsədin çempionluq olduğunu deyib:
“Yeni mövsüm üçün əsas məqsəd? Biz çempionluğu qazanmaq istəyirik”.
Portuqaliyalı mütəxəssis bu yay Stefano Piolini əvəzləyərək “Milan”ın baş məşqçisi təyin olunub. Fonseka daha əvvəl məşqçilik karyerasında “Şaxtyor” (Donetsk), “Roma” və “Lill” kimi klublarda işləyib.
“Milan” ötən mövsüm İtaliya çempionatını ikinci yerdə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin