Baş məşqçidən əvəzlənməsindən narazı olan Yamal haqda açıqlama

“Barselona” çərşənbə axşamı Çempionlar Liqasının 2-ci turu çərçivəsində doğma meydanda “Yanq Boyz”u 5:0 hesabı ilə məğlub edib. Vinger Lamin Yamal 75-ci dəqiqədə əvəzlənməsindən narazı qalıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər ki, “Barsa”nın baş məşqçisi Hans-Diter Flik bu məsələni belə şərh edib:

“Daha çox ötürmələr etməli və dinamikanı yaxşılaşdırmalıyıq. Bir yox, bir neçə oyunçumuz var, ona görə də, əvəzetmələr ola bilər. Biz oyunçunun oynamağa davam etmək istəyib-istəmədiyini nəzərə ala bilmərik”.

“Barselona” növbəti oyununu oktyabrın 6-da İspaniya çempionatında səfərdə “Alaves”ə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button