“Barselona”nın prezidenti yeni baş məşqçi ilə şam yeməyi yeyib
“Barselona”nın yeni baş məşqçisi Hans-Diter Flik Kataloniya klubunun prezidenti Xuan Laporta ilə birgə şam yeməyi yeyib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, tərəflər müqavilənin imzalanmasını qeyd ediblər.
Almaniyalı mütəxəssisin təyinatı yaxın bir neçə həftə ərzində rəsmən açıqlanacaq. Flik bir müddət əvvəl istefaya göndərilən ispaniyalı məşqçi Xavi Hernandesi əvəz edəcək.
59 yaşlı mütəxəssisin son iş yeri 2021-2023-cü illərdə çalışdığı Almaniya millisi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin