Flik: “Qürur duyduğumu demək istəyirəm”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya superkubokunun finalında “Real” üzərində qazanılan qələbə (5:2) haqda fikirlərini açıqlayıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı əla iş gördüklərini bildirib:

“Barselona” ilə ilk kubokumu qazandığım üçün çox şadam. Biz əla iş gördük. Qürur duyduğumu demək istəyirəm. Həqiqətən, böyük komanda kimi oynayırıq. Geriyə baxmırıq, indiki anı yaşayırıq və bu, həyəcanlı idi. Bizim heyrətamiz komandamız var. Birlikdə müdafiə olunuruq və eyni anda hücum edirik. Bu, ən vacib şeydir.”

Kataloniya klubu Flikin rəhbərliyi altında ilk kubokunu qazanıb. Hesabı 5-ci dəqiqədə “Real” açsa da, fasiləyə “Barsa” 4:1 öndə yollanıb. Fasilədən sonra komandalar hərəyə 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button