Flikin “Barselona”da görmək istədiyi ilk futbolçu odur

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandaya ilk dəvət etmək istədiyi futbolçu ilə bağlı qərar verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı “Atletik”in hücumçusu Niko Uilyamsı komandasında görmək istəyir.

“Barselona” maliyyə feyr-pleyi çərçivəsində sıxıntılarını aradan qaldırsa, ispaniyalı hücumçu üçün tələb olunan 58 milyon avro təzminatı ödəməyə hazır olacaq.

Uilyamsın özünün də “Barselona”ya keçmək istəməsi ilə bağlı söz-söhbətlər yayılıb. 21 yaşlı forvardla “Arsenal” da daxil olmaqla, İngiltərə Premyer Liqasının digər klubları maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button