
Flik: “Növbəti mövsümdə daha yaxşısını edə bilərik”
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın gələn mövsüm daha da uğurlu ola biləcəyinə inanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı əla mövsüm keçirdiklərini bildirib:
“Biz əla mövsüm keçirdik və çox xoşbəxtik. Ancaq növbəti mövsümdə daha yaxşısını edə bilərik”.
Flik “Barselona”nın “sükanı arxasında” debüt mövsümünü keçirir. O, ötən yay Xavini əvəzləyib.
Kataloniya klubu 36-cı tur matçında “Espanyol”a qalib gələrək (2:0) vaxtından əvvəl İspaniya çempionu olub. İspaniya kubokunu və superkubokunu da qazanan “Barsa” UEFA Çempionlar Liqasında yarımfinala yüksəlməyi bacarıb və burada “İnter” keçilməz maneəyə çevrilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin